Logo

Zelenski Trampın Qrenlandiya planını Danimarka parlamentində ələ saldı

Zelenski Trampın Qrenlandiya planını Danimarka parlamentində ələ saldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka parlamentində çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planı ilə bağlı istehzalı fikirlər səsləndirib.

Sfera.az xəbər verir ki, bu barədə “Politika Stranı” Telegram kanalı məlumat yayıb.

Zelenski çıxışında bildirib ki, bəlkə də ABŞ-dƏ kimsə vaxtilə Qrenlandiyanı əldə etmək istəyərkən əslində torpağa deyil, bir qədər daha çox danimarkalı olmağa can atıb.

“Kim bilir, bəlkə də ona məhz bu lazım idi”, – deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyanın ABŞ-YƏ birləşdirilməsi ilə bağlı fikirlər səsləndirib. Bu məsələ Vaşinqtonla Kopenhagen arasında müzakirələrə və beynəlxalq diqqətə səbəb olub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin isə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas tərəflərin Moskva və Kiyev olduğunu, digər ölkələrin isə prosesə yalnız vasitəçilik və yardım edə biləcəyini bildirib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR