Logo

İspaniyada etiraz aksiyaları keçirilir

İspaniyada etiraz aksiyaları keçirilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyada son 14 ildə ilk dəfə ümumxalq etiraz aksiyası keçirilib. Ölkənin müxtəlif şəhərlərində işçilər, həmkarlar ittifaqları və kirayə qiymətlərinin artmasından narazı olan vətəndaşlar küçələrə çıxaraq mənzil böhranına və həyat bahalılığına etiraz ediblər.

Sfera.az xəbər verir ki, aksiya zamanı fabrik və limanlarda iş dayanıb, ictimai nəqliyyatın fəaliyyəti ciddi şəkildə pozulub.

Etirazçıların əsas tələbləri kirayə qiymətlərinin azaldılması, mənzil probleminin həlli və əməkhaqlarının artırılması olub.

Paytaxt Madrid də daxil olmaqla bir sıra şəhərlərdə gərginlik yaşanıb. Madrid polisi etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Nəticədə 13 nəfərin yaralandığı bildirilir.

İspaniya Mərkəzi Bankının məlumatına görə, ölkədə təxminən 750 min mənzil çatışmazlığı var. Bu rəqəmin 2028-ci ilədək 1 milyonu keçəcəyi proqnozlaşdırılır. Kirayə qiymətləri 2021-ci ildən bəri 44 faiz artdığı halda, əməkhaqlarında artım cəmi 22 faiz təşkil edib.

Etirazların genişlənməsinə səbəb olan hadisələrdən biri də 87 yaşlı Marikarmen Abaskalın 70 ildən artıq yaşadığı evdən kirayə haqqını ödəyə bilmədiyi üçün çıxarılması olub. Sentyabr ayında evindən zorla çıxarılan qadın oktyabrın 7-də xəstəxanada vəfat edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR