Logo

Rusiyalı aktyor 39 yaşında faciəvi şəkildə vəfat etdi

Rusiyalı aktyor 39 yaşında faciəvi şəkildə vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyalı aktyor İvan Skitsan 39 yaşında dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, yerli medianın məlumatına görə, “Günəşdən usanmışlar 2: Qarşıdurma” filmində rol alan aktyorun ölümünə boğazında ilişən toyuq sümüyü səbəb olub.

Məlumata əsasən, doğuşdan qida borusunda daralma olan Skitsan həyatı boyu 10-dan çox əməliyyat keçirib. Son dövrlər udmaqda çətinlik çəkən aktyor qidanı mədəsinə ötürmək üçün xüsusi qurğudan istifadə edirmiş.

Hadisə zamanı sümük boğazında ilişib və aktyor şiddətli ağrılarla xəstəxanaya çatdırılıb. Həkimlər sümük parçalarını çıxarsalar da, qida borusunda ciddi zədələnmə aşkarlayıblar. Aktyor noyabrın 3-də reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, 1987-ci il yanvarın 4-də anadan olan İvan Skitsan 2006-cı ildən etibarən altı film və serialda rol alıb.

Altay

Rusiyalı aktyor 39 yaşında faciəvi şəkildə vəfat etdi
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR