Logo

Milyarder batmış gəmini tapdı - FOTOLAR

Milyarder batmış gəmini tapdı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Microsoft"un həmtəsisçisi, milyarder Pol Allen özünün lüks superyaxtasından istifadə edərək İkinci Dünya müharibəsi zamanı batmış nəhəng döyüş gəmisinin qalıqlarını aşkar edib.

Sfera.az xəbər verir ki, bu barədə “YachtBuyer” nəşri məlumat yayıb.

Məlumata görə, okeanların tədqiqinə və itmiş hərbi gəmilərin tarixinin araşdırılmasına böyük maraq göstərən Pol Allen 2003-cü ildə Almaniyanın “Lürssen” şirkəti tərəfindən inşa edilmiş 126 metr uzunluğundakı “Octopus” superyaxtasını əldə edib.

Adi lüks yaxtalardan fərqli olaraq, “Octopus” sualtı qayıqlar, müasir tədqiqat avadanlıqları, həmçinin sualtı qayıqların saxlanılması və suya buraxılması üçün xüsusi bölmə ilə təchiz edilib. Bu imkanlar yaxtanın üzən tədqiqat bazası kimi fəaliyyət göstərməsinə şərait yaradıb.

Pol Allenin ən böyük məqsədlərindən biri İkinci Dünya müharibəsi zamanı batmış, indiyədək inşa edilən ən böyük döyüş gəmilərindən biri olan Yaponiyanın “Musashi” gəmisini tapmaq idi.

Uzun illər davam edən axtarışlardan sonra 2015-ci ilin martında Allenin komandası “Octopus” yaxtasındakı texnologiyalardan istifadə edərək Filippin sahillərində “Musashi”nin qalıqlarını aşkar edib.

“Octopus” başqa bir mühüm tarixi əməliyyatda da iştirak edib. Yaxta Böyük Britaniyaya məxsus “HMS Hood” hərbi gəmisinin batmasından 70 ildən çox vaxt keçdikdən sonra onun zənginin dənizin dibindən çıxarılmasına kömək göstərib.

Qeyd edək ki, Pol Allen 2018-ci ildə vəfat edib. Bununla belə, onun “Octopus” superyaxtası lüks dəniz nəqliyyatının yalnız səyahət üçün deyil, həm də elmi araşdırmalar və tarixi irsin qorunması məqsədilə istifadə oluna biləcəyini nümayiş etdirən nümunələrdən biri olaraq qalır.

Şahanə Ziyad

Sfera.az

Fotolar3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR