Logo

Azərbaycanda ilk dəfə ürək köçürülən xəstənin ölüm səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda ilk dəfə ürək köçürülən xəstənin ölüm səbəbi nədir? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ilk dəfə meyit donordan ürək transplantasiyası həyata keçirilən Tovuz sakini Rəşad Məmmədliyevin vəfat etməsi ilə bağlı açıqlama verilib.

Sfera.az xəbər verir ki, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Səhiyyə Nazirliyinin təşkil etdiyi maarifləndirici seminarda bildirib ki, xəstənin ölüm səbəbi hələ dəqiq müəyyən edilməyib.

“Bir il əvvəl ürək transplantasiyası əməliyyatı keçirmiş xəstə birillik tibbi müayinədən keçmişdi. Müayinənin nəticələrində hər hansı mənfi hal aşkarlanmamışdı. Onun ölüm səbəbini dəqiq qeyd edə bilmirik”, – deyə Kamran Musayev bildirib.

Qeyd edək ki, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə müraciət edərkən qəfil halı pisləşib. Müayinə zamanı onun vəfat etdiyi məlum olub.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR