Logo

"Orqan transplantasiyası keçirmiş xəstələr dövlət tərəfindən dərmanla təmin olunur"

"Orqan transplantasiyası keçirmiş xəstələr dövlət tərəfindən dərmanla təmin olunur"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycanda orqan transplantasiyası əməliyyatı keçirmiş xəstələrin əməliyyatdan sonrakı müalicəsində istifadə olunan immunosupressiv dərman preparatları dövlət tərəfindən təmin edilir”.

Sfera.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda bildirib.

O bildirib ki, orqan transplantasiyası keçirmiş xəstələr dövlət tərəfindən immunosupressiv dərman preparatları ilə təmin olunurlar.

Qeyd edək ki, immunosupressiv dərmanlar orqan transplantasiyasından sonra müalicənin mühüm hissəsini təşkil edir. Bu preparatlar immun sisteminin köçürülmüş orqana qarşı reaksiyasını zəiflədərək onun orqanizm tərəfindən rədd edilməsinin qarşısını almağa kömək edir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR