Logo

Buraxılış və qəbul imtahanları elekton formada olacaq? - AÇIQLAMA

Buraxılış və qəbul imtahanları elekton formada olacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda imtahanların elektron formatda təşkili istiqamətində işlər davam etdirilir. Dövlət İmtahan Mərkəzi regionlarda da elektron imtahanların keçirilməsi üçün infrastruktur hazırlayır.

Hazırda rezidentura, dövlət qulluğu və müxtəlif sertifikasiya imtahanlarının elektron formada təşkili mümkündür.

Bəs elektron imtahanların əhatə dairəsi nə qədər genişləndirilə bilər? Məsələn, gələcəkdə buraxılış və qəbul imtahanlarının da tam elektron formatda keçirilməsi mümkündürmü?

Bu barədə TİHA sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlama verib. Onun fikrincə, Azərbaycanda imtahanların rəqəmsallaşdırılması və elektronlaşdırılması istiqamətində son illər atılan addımlar təhsil sistemimizin müasir çağırışlara uyğunlaşdırılması baxımından olduqca təqdirəlayiq və labüd bir prosesdir:

Buraxılış və qəbul imtahanları elekton formada olacaq? - AÇIQLAMA

“Dövlət İmtahan Mərkəzinin rezidentura, dövlət qulluğu və bir sıra imtahanları tədricən elektron farmata keçirməsi bu sistemin artıq müəyyən qədər sınaqdan keçdiyini və texniki bazanın formalaşdığını açıq şəkildə göstərir. Lakin məsələ buraxılış və qəbul imtahanları kimi kütləvi və miqyasına görə ölkənin əsas akademik sınaqlarına gəldikdə isə, burada proses yalnız sadəcə texniki təminatla deyil, həm də infrastrukturlarının gücü, təhlükəsizlik və logistika məsələləri ilə də birbaşa bağlıdır. Çünki gələcəkdə buraxılış və qəbul imtahanlarının tam elektron formatda keçirilməsi, təbii, nəzəri və texnoloji baxımından tamamilə mümkündür. Lakin bu, birbaşa sabahın deyil, daha çox orta və uzunmüddətli strategiya hədəflərinin mövzusudur. Çünki bu cür imtahanlarda eyni anda yüz minlərlə abituriyent və şagird iştirak edir ki, bu da regionlarda mövcud imtahan mərkəzlərinin tutumunun və texniki imkanların həmin kütləni eyni vaxtda və ya qısa mərhələlərdə qəbul etməyə tam hazır olmasını tələb edir”.

Ekspert kiber təhlükəsizliyi, sualların bazasının qorunması, sistemin fasiləsiz işləməsi və hər hansı texniki nasazlıq halında alternativ mexanizmlərin dərhal işə düşməsinin olduqca böyük maliyyə və intellektual resurslar tələb etdiyini açıqlayıb:

“Buna baxmayaraq, Dövlət İmtahan Mərkəzinin mərhələli şəkildə həyata keçirdiyi regional infrastruktur quruculuğu gələcəkdə bu prosesin əhatə dairəsinin genişlənməsinə güclü zəmin yarada bilər. Ehtimal etmək olar ki, növbəti mərhələlərdə qəbul və buraxılış imtahanlarının müəyyən hissələri, məsələn, fənn blokları üzrə sınaq xarakterli elektron tətbiqlər və yaxud da mərhələli deməli mərhələli imtahan modelləri genişlənəcək. Tam elektronlaşma isə texnologiyanın inkişafı və maddi-texniki bazanın daha da gücləndirilməsi ilə paralel olaraq illər ərzində tədricən reallaşa bilər deyə düşünürəm”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR