Logo

Üçgünlük matəm elan edildi - bu ölkədə

Üçgünlük matəm elan edildi - bu ölkədə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın Andalusiya muxtar bölgəsində Toledo əyalətində baş verən ağır qatar qəzası ilə əlaqədar üçgünlük rəsmi matəm elan olunub.

Sfera.az xəbər verir ki, bu barədə Andalusiya hökumətinin başçısı Xuan Manuel Moreno sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, matəm oktyabrın 28-də saat 14:00-dan başlayaraq oktyabrın 31-də saat 14:00-dək davam edəcək.

“Biz dərindən sarsılmışıq. Bütün Andalusiya bu dəhşətli qatar qəzasının qurbanlarının yanındadır”, – deyə Moreno paylaşımında bildirib.

Qeyd edək ki, qəza oktyabrın 28-də səhər saatlarında Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında, Madrid–Sevilya sürətli dəmir yolu xəttində baş verib. Renfe şirkətinə məxsus AVE sürətli qatarı ilə Iryo şirkətinin qatarının toqquşması nəticəsində çoxsaylı vaqonlar relsdən çıxıb.

Hadisə yerində xilasetmə və axtarış işləri aparılıb. Oktyabrın 28-də yayılan məlumatlara əsasən, qəza nəticəsində azı 64 nəfər həlak olub. Yaralıların sayı və hadisənin dəqiq səbəbləri ilə bağlı məlumatlar araşdırılır.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR