Logo

"Kənardan baxanlar yadplanetli olduğumu görə bilməzlər"

"Kənardan baxanlar yadplanetli olduğumu görə bilməzlər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

“Masumiyyət Muzeyi” serialında Füsun obrazını canlandıran gənc aktrisa Eylül Lize Kandemir maraqlı açıqlamaları ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, 24 yaşlı aktrisa “Elle” jurnalına müsahibəsində öz xarakterindən, aktyorluq fəaliyyətindən və şöhrətə münasibətindən danışıb.

Kandemir bildirib ki, kənardan sakit, soyuqqanlı və realist biri kimi görünsə də, daxili aləmi tamamilə fərqlidir. O, özünü xəyal dünyasında yaşayan biri kimi təsvir edib.

“Çöldən nəzarətli, soyuqqanlı, realist və ayaqları yerə möhkəm basan biri kimi görünürəm. Amma daxilən daha çox xəyalpərəst, öz dünyasında yaşayan bir Eylül var. Mənə kənardan baxanlar paralel kainatlarda dolaşan bir yadplanetli olduğumu o qədər də görə bilməzlər”, – deyə aktrisa qeyd edib.

Gənc aktrisa aktyorluğun onu daha tez böyütdüyünü və ətrafın insanlara aşıladığı gözəllik anlayışını yenidən nəzərdən keçirməsinə kömək etdiyini də bildirib.

Kandemirin sözlərinə görə, şöhrət onun həyatına ciddi təsir göstərməyib. O, əvvəldən də daha qapalı həyat tərzi yaşadığını vurğulayıb.

Aktrisa “Masumiyyət Muzeyi” layihəsinin isə həyatında xüsusi iz buraxdığını qeyd edib. O, hazırda "Başkalarının hayatı" serialında baş rol alır.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR