Aya gedən astronavtdan UNO-larla bağlı qəribə İDDİA

Aya gedən astronavtdan UNO-larla bağlı qəribə İDDİA
Kateqoriya məlum deyil
T

1972-ci ildə Aya səfər etmiş amerikalı astronavt Çarlz Dyuk UNO-ların (naməlum uçan obyektlərin) yadplanetlilərlə əlaqəsi olmadığını, onların şeytan tərəfindən göndərilən demonik ruhlar olduğunu iddia edib.

Sfera.az xəbər verir ki,Bu barədə "Daily Star" nəşri yazıb. 91 yaşlı keçmiş astronavtın fikrincə, səmada görünən sirli obyektlər uzaq qalaktikalardan gələn qonaqlar deyil, Bibliya səhifələrindən çıxmış kimi görünən qorxulu qüvvələrdir.

Dyuk bu fikrini Əhdi-Cədidin Korinflilərə ikinci məktubuna əsaslandırıb. Həmin mətndə şeytanın özünü nur mələyi kimi göstərməsindən bəhs olunur.

Keçmiş astronavt bildirib ki, UNO-lar insanları həqiqətdən uzaqlaşdırmaq və onları mifik yadplanetlilərin axtarışına aludə etmək məqsədi daşıyır.

“UNO-lar bizi həqiqətdən uzaqlaşdırmağa çalışır. Onlar demonik təbiətə malikdirlər”, – deyə Dyuk fikrini yekunlaşdırıb.

O, uzun illərdir bu qənaətdə olduğunu bildirib. Dyukun sözlərinə görə, bir dəfə Tanrıdan bu məsələdə ona işarə verməsini istəyib. O, UNO-lar haqqında əvvəllər heç vaxt danışmayan dostunun səhər yeməyi zamanı qəfildən bu mövzunu açmasını xahiş etdiyi işarənin təsdiqi kimi qəbul edib.

Çarlz Dyuk 1972-ci ildə “Apollon-16” missiyasının tərkibində Aya gedib. Daha sonra NASA-dan ayrılan astronavt 1970-ci illərin sonlarından etibarən xristianlığa daha çox vaxt ayırmağa başlayıb.

"Daily Star" nəşrinin yazdığına görə, Dyuk astronavtlıq karyerası ərzində heç vaxt UNO ilə qarşılaşmadığını da etiraf edib.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR