Televiziya aparıcısı kral oldu

Televiziya aparıcısı kral oldu
Kateqoriya məlum deyil
T

Uqandada illərdir televiziya ekranlarında xəbər aparıcısı kimi fəaliyyət göstərən Edvard Rukidi Kiyanangoma ölkənin ənənəvi krallıqlarından biri olan Toro Krallığının yeni hökmdarı seçilib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kiyanangoma kral ailəsindən olsa da, uzun illər media sahəsində çalışıb. O, Uqanda Yayım Korporasiyasında (UBC) xəbər aparıcısı və redaktor kimi fəaliyyət göstərib. Bununla da ölkənin tanınan televiziya simalarından birinə çevrilib. Onun jurnalistika karyerası 20 ildən çox davam edib. Kiyanangoma xəbər buraxılışları ilə yanaşı, müxtəlif televiziya proqramlarında da çalışıb. Kiyanangoma eyni zamanda Toro Krallığını idarə edən Babiito klanının üzvüdür.

O, keçmiş Toro kralı III George Rukidinin nəvəsi, avqust ayında vəfat edən IV Oyo Nyimba Kabamba Iguru Rukidinin isə əmisi oğlu olub. BBC-nin məlumatına görə, Kiyanangomanın kral seçilməsi Toro Krallığında mübahisəli varislik prosesindən sonra baş verib. Əvvəlki kral Oyo avqust ayında 34 yaşında vəfat edib. Bundan sonra 21 nəfərdən ibarət kral seçki komitəsi yeni hökmdarın müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb və Kiyanangomanı kral seçib. Lakin mərhum kralın anası və bacısı bu qərara etiraz ediblər.

Onlar Oyonun vəsiyyət qoyduğunu və həmin vəsiyyətdə əvvəllər ictimaiyyətə məlum olmayan oğlunun taxtın varisi kimi göstərildiyini bildiriblər. Beləliklə, keçmiş televiziya aparıcısının kral seçilməsi ilə yanaşı, Toro Krallığında taxtın varisi ilə bağlı mübahisə də gündəmə gəlib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR