Logo

Azərbaycan bu Konvensiyaya qoşulur

Azərbaycan bu Konvensiyaya qoşulur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisdə Azərbaycanın “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulması ilə bağlı qanun layihəsi qəbul edilib.

Sfera.az xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi Azərbaycanın 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış Konvensiyaya müvafiq bəyanat və qeyd-şərtlərlə qoşulmasını nəzərdə tutur. Konvensiyaya qoşulmaq mülki və kommersiya mübahisələri üzrə xarici ölkələrdə yerləşən sübutların əldə edilməsini asanlaşdıracaq.

Eyni zamanda, beynəlxalq hüquqi yardımın göstərilməsi və məhkəmə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR