Logo

Zelenskiyə qarşı yeni ittiham: Həyat yoldaşı ilə bağlı kompromat iddiası gündəmdə

Zelenskiyə qarşı yeni ittiham: Həyat yoldaşı ilə bağlı kompromat iddiası gündəmdə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə bağlı kompromat məlumatlarının yayılmasına baxmayaraq, onun ölkənin antikorrupsiya qurumlarına qarşı siyasi kampaniyadan geri çəkilmədiyi iddia olunur.

Sfera.az bildirir ki, bu barədə “Lenta.ru” “Resident” Telegram kanalına istinadən məlumat yayıb.

Kanalın Ukrayna Prezident Administrasiyasındakı mənbələrinə istinadən verdiyi məlumata görə, Zelenski Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) rəhbərliyinə qarşı təzyiq göstərilməsi ideyasından imtina etməyib.

Mənbə iddia edib ki, Zelenski şəxsən bu qurumlara qarşı mediada kampaniyanın başladılmasını təşəbbüs edib. Bununla belə, Ukrayna liderinin prosesdə açıq şəkildə iştirak etmədiyi, diqqəti özündən yayındırmağa çalışdığı bildirilir.

Xatırladaq ki, daha əvvəl “Başqa Ukrayna” hərəkatının eksperti Aleksandr Dudçak NABU-nun Zelenskinin ətrafındakı şəxslərlə bağlı araşdırmalar apardığını iddia etmişdi. Onun sözlərinə görə, antikorrupsiya qurumunun hələlik birbaşa Ukrayna prezidentinə qarşı addım atmamasının səbəbi müvafiq göstərişin verilməməsi ola bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR