İran yeni silahların hazırlanmasını elan etdi

Kateqoriya məlum deyil
T
İran Silahlı Qüvvələrinin ölkənin müdafiə imkanlarını artırmaq məqsədilə yeni silah sistemləri üzərində iş apardığı açıqlanıb.
Sfera.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndəsi Hüseyn Mohebbiyə deyib.
O, “İİKK-nın ABŞ xalqına mesajı” adlı mətbuat konfransında bildirib ki, İran Silahlı Qüvvələri yeni silahların hazırlanması və ölkənin müdafiəsi üçün hərbi imkanların artırılması istiqamətində fəaliyyətini davam etdirir.
“Biz daim yeni silahların hazırlanması, xalqı və ölkəni qorumaq üçün silahlı qüvvələrimizin döyüş qabiliyyətinin artırılması ilə məşğuluq”, – deyə Mohebbiyə bildirib.
Bəsti Rəfizadə
Sfera.az






