Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI

Pomidor tomatının müntəzəm qəbulunun beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyi müəyyənləşib.
Sfera.az xəbər verir ki, aparılan araşdırmada 40-55 yaş aralığında 42 sağlam yetkin iştirak edib. İştirakçılar üç ay ərzində hər gün konsentratlaşdırılmış pomidor tomatı qəbul ediblər.
Araşdırmanın nəticələrinə görə, tomat qəbul edən şəxslərdə seçici diqqət və məlumatların emal sürətində yaxşılaşma müşahidə olunub. Həmçinin üz yaddaşında cüzi artım qeydə alınıb.
Alimlər bu təsirin pomidorun tərkibində olan likopenlə əlaqəli ola biləcəyini bildiriblər. Likopenin beyində oksidləşdirici stress və iltihabi proseslərə təsir göstərə biləcəyi qeyd olunub.
Mütəxəssislər nəticələrin ümidverici olduğunu, lakin pomidor tomatının beyin fəaliyyətinə uzunmüddətli təsirini dəqiq müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.
Altay






