İsrail Türkiyəyə görə sualtı donanmasını böyüdür

İsrail Türkiyəyə görə sualtı donanmasını böyüdür
Kateqoriya məlum deyil
T

İsrail təhlükəsizlik rəsmiləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı donanmasının böyüməsini nəzərə alaraq genişləndirilməsini təklif ediblər. İsrail Ordusu Radiosu bildirib ki, mövcud beş sualtı qayığa əlavə olaraq yeddinci və səkkizinci sualtı qayıqların alınması nəzərdən keçirilir.

Sfera.az xəbər verir ki, İsrail Ordusu Radiosu bildirib ki, Təl-Əviv hökumətinə yeni sualtı qayıqlar əldə etməklə mövcud donanmanı səkkiz sualtı qayığa qədər genişləndirmək təklifi təqdim edilib.

İsrail Ordusu Radiosunun məlumatına görə, İsrail hökuməti Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı qayıq imkanlarındakı inkişafları yaxından izləyir.

Hesabatda Türkiyənin hazırkı 14 əməliyyat sualtı qayığının yaxın illərdə 18-ə çatdırılacağı gözlənilir. O cümlədən, qeyd olunub ki, hazırda İsrailin beş sualtı qayığı var və altıncısının tezliklə ölkəyə gələcəyi planlaşdırılır.

Hesabatda həmçinin İsraildəki sualtı qayıq heyətinin sayı ilə bağlı müzakirələrin gündəmdə olduğu qeyd olunub. Donanmanın genişləndirilməsindən yarana biləcək kadr ehtiyaclarının Baş Qərargah səviyyəsində hələlik hərtərəfli nəzərdən keçirilmədiyi bildirilib.

İsrailin yüksək vəzifəli müdafiə mənbələrinə istinadən yayılan xəbərlərə görə, İsrail seçkilərindən əvvəl yeni sualtı qayıqların alınması gözlənilmir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR