Logo

ABŞ İranı tam mühasirəyə almaq istəyir – Qonşular razılaşacaqmı?

ABŞ İranı tam mühasirəyə almaq istəyir – Qonşular razılaşacaqmı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin İrana qarşı təzyiq siyasəti təkcə hərbi əməliyyatlar və dəniz yollarına nəzarətlə məhdudlaşmır. Vaşinqtonun əsas məqsədlərindən biri Tehranın xarici ticarət imkanlarını mümkün qədər daraltmaq, ölkənin neft ixracından əldə etdiyi gəlirləri azaltmaq və iqtisadi əlaqələrini məhdudlaşdırmaqdır. Bu istiqamətdə İranın dəniz ticarəti ilə yanaşı, qonşu dövlətlərlə quru sərhədləri üzərindən həyata keçirdiyi idxal-ixrac əməliyyatları da diqqət mərkəzinə düşüb.

İran üçün Türkiyə, İraq, Pakistan və Rusiya ilə ticarət əlaqələri dəniz marşrutlarına alternativ imkanlar yaradır. Lakin bu ölkələrlə iqtisadi əlaqələrin məhdudlaşdırılması Tehranın onsuz da çətin vəziyyətdə olan ticarət imkanlarına əlavə zərbə vura bilər. Xarici medianın məlumatlarına görə, Türkiyə, İraq və Pakistan bu məhdudiyyətlərlə razılaşmır. Lakin ABŞ-nin həmin dövlətlərə təzyiq imkanları kifayət qədər genişdir. Vaşinqtonun qarşıdakı günlərdə bu istiqamətdə təzyiqləri artıracağı iddia olunur.

Bəs ABŞ İranın qonşu ölkələrlə quru sərhədləri vasitəsilə ticarətini dayandırmağa nail ola biləcəkmi? Belə bir vəziyyətdə Tehran hansı alternativ yollara əl ata və Vaşinqtonun iqtisadi blokadasına necə cavab verə bilər?

Mövzu ilə bağlı suallara cavab verən politoloq Murad Sadəddinov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana yanaşması əsasən hərbi əməliyyatlardan deyil, iqtisadi təzyiq strategiyasından irəli gəlir.

ABŞ İranı tam mühasirəyə almaq istəyir – Qonşular razılaşacaqmı?

Onun sözlərinə görə, Vaşinqton uzun müddətdir İranın dəniz ticarətini məhdudlaşdırmağa çalışır və bu istiqamətdə əsas diqqət Hörmüz boğazı ətrafındakı hərəkətliliyə yönəlib:

“İranın neft ixracının təxminən 95 faizi dəniz yolları vasitəsilə həyata keçirildiyindən bu marşrutların məhdudlaşdırılması ölkənin iqtisadi imkanlarına ciddi təsir göstərə bilər.

İran bütün məhdudiyyətlərə baxmayaraq, alternativ ticarət yollarından da istifadə edir. Türkiyə, Pakistan və İraqla quru sərhədləri, eləcə də Xəzər dənizi vasitəsilə Rusiya ilə həyata keçirilən idxal-ixrac əməliyyatları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin marşrutlar dəniz ticarətini tam əvəz etməsə də, İranın xarici iqtisadi əlaqələrinin davam etdirilməsində müəyyən rol oynayır”.

M.Sadəddinov deyib ki, ABŞ bu alternativ kanallara nəzarəti gücləndirmək üçün xüsusi mexanizmlər formalaşdırmağa çalışır. Onun sözlərinə görə, Floridada yaradılmış xüsusi qrupun fəaliyyəti də İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə həyata keçirdiyi ticarət əməliyyatlarının izlənilməsi, sanksiyaların pozulmasının qarşısının alınması ilə əlaqələndirilir.

“Türkiyə, İraq və Pakistan İranla iqtisadi əlaqələrin məhdudlaşdırılmasında maraqlı olmasalar da, ABŞ-nin siyasi və iqtisadi təzyiqləri həmin ölkələrin mövqeyinə təsir göstərə bilər”, - politoloq bildirib.

O, buna nümunə olaraq Pakistanın sərhəd-keçid məntəqələrində nəzarəti gücləndirməsini və bəzi keçidləri bağlamasını, Türkiyədə isə İranla ticarət əməliyyatlarında iştirak edən banklardan birinin fəaliyyətinin dayandırılmasını göstərib.

Ekspertin fikrincə, İran belə bir blokada şəraitində alternativ ticarət marşrutları axtarmağa və mövcud məhdudiyyətləri aşmaq üçün yeni imkanlar yaratmağa məcbur qalacaq:

“Bununla yanaşı, Tehran Hörmüz boğazında gəmi hərəkətinə mane olmaq və gəmilərə zərbələr endirmək kimi vasitələrlə də qarşı tərəfə təzyiq göstərməyə çalışa bilər.

ABŞ-nin İranın cənubunda həyata keçirdiyi preventiv zərbələr və Hörmüz boğazındakı gəmiçilik fəaliyyətinə təsir edən addımları da bu qarşıdurmanın tərkib hissəsidir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR