Obama ailəsinin iti Sunny həyatını itirdi

Kateqoriya məlum deyil
T
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ailəsinin 13 il birlikdə yaşadığı Sunny adlı iti 13 yaşında ölüb.
Sfera.az xəbər verir ki, Obama sosial media hesabında ailələrinin sevimli üzvünü itirdiklərini açıqlayıb.
2013-cü ildə ailəyə qoşulan Sunny Ağ Evdə yaşadıqları müddətdə bir çox rəsmi tədbirdə iştirak edib. O, Obamanın qızları Malia və Saşa ilə də çox bağlı olub.
Obama Sunny-ni yüksək enerjisi və mehribanlığı ilə xatırlayaraq, “Hər zaman sadiq, mehriban və macəralara hazır idi. Onun üçün çox darıxacağıq”, – deyə bildirib.
Qeyd edək ki, ailənin digər iti Bo 2021-ci ildə ölüb. Obama Sunny-nin indi Bo ilə birlikdə olduğunu düşündüyünü söyləyib.
Mənsumə
Açar sözlər:






