Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

Dünya şöhrətli müğənni Cennifer Lopez Ben Afflekdən boşandıqdan sonra köçdüyü 18 milyon dollarlıq lüks evinin qapılarını ilk dəfə ictimaiyyətə açıb.
Sfera.az xəbər verir ki, 57 yaşlı sənətçi 2024-cü ildə həyat yoldaşı Ben Afflekdən ayrıldıqdan sonra özünə yeni həyat qurmağa başlayıb.
Lopez ötən il ABŞ-ın Kaliforniya ştatında yerləşən məşhurların yaşadığı “Hidden Hills” bölgəsində özünə dəbdəbəli ev alıb.
Cennifer Lopez bir il davam edən təmir işlərindən sonra may ayında yeni evinə köçüb.
18 milyon dollar dəyərində olan malikanəsini zövqünə uyğun şəkildə dizayn etdirən müğənni bu yaxınlarda sosial media hesabında evinin interyerindən fotolar paylaşıb.
Lopez paylaşımına “İlham lövhəsi reallığa çevriləndə” qeydini yazaraq xəyalındakı evin necə göründüyünü izləyicilərinə göstərib.
Mənsumə












