Gözəllik kraliçası müəmmalı şəkildə vəfat etdi
Nigeriyada 2023-cü ildə “Miss Taraba” gözəllik müsabiqəsinin qalibi olmuş Komfort Uilyams müəmmalı şəraitdə dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə “Legit News” nəşri məlumat yayıb.
Onun vəfatı noyabrın 2-də “Miss Taraba” müsabiqəsinin təşkilatçısı olan “Prime Planet Event Managers” tərəfindən açıqlanıb.
Bildirilib ki, Komfort Uilyams 2023-cü ildə müsabiqənin qalibi olub, bu ilin yanvarında isə təşkilatın idarə heyətinə daxil edilib. Lakin gənc qadının hansı səbəbdən vəfat etdiyi barədə hələlik məlumat verilməyib.
Təşkilatın yaydığı açıqlamada onun itkisi ilə bağlı dərin hüzn ifadə olunub:
“Bu ağır itki bizi dərindən sarsıdıb. O, sadəcə təşkilatımızın üzvü deyil, həm də Prime Planet ailəsinin vacib bir parçası idi”.
Qeyd edək ki, Komfort Uilyams “Miss Taraba” müsabiqəsinin onuncu qalibi olub. Bu yarışma Nigeriyanın moda və gözəllik sənayesində mühüm yer tutur. Müsabiqənin qalibləri sonradan “Miss Nigeria” və “Miss Universe Nigeria” kimi milli yarışmalarda iştirak etmək, ölkəni beynəlxalq səviyyədə təmsil etmək imkanı qazanırlar.
Xatırladaq ki, oktyabr ayında Meksikanın Tlaskala ştatında 28 yaşlı keçmiş gözəllik kraliçası da müəmmalı şəraitdə həyatını itirmişdi. Onun meyiti sevgilisinin evində aşkar edilmişdi.
Fatimə
Sfera.az






