Kadir İnanırın vəsiyyətləri ilə bağlı qərar

Türkiyə kinosunun əfsanəvi aktyorlarından Kadir İnanırın müxtəlif illərdə hazırladığı üç ayrı vəsiyyətinin açılacağı tarix müəyyənləşib.
Sfera.az xəbər verir ki, sənətçi 14 may 2026-cı ildə sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Kadir İnanır iyunun 26-da müalicə aldığı xəstəxanada 77 yaşında dünyasını dəyişib.
Sənətçinin vəfatından sonra onun mirasının necə bölüşdürüləcəyi maraq doğurub. Bu zaman İnanırın həyatının müxtəlif dövrlərində üç ayrı vəsiyyət hazırladığı məlum olub.
Kadir İnanır ilk vəsiyyətini 2015-ci ildə hazırlayıb. 2022-ci ildə isə notarius qarşısında daha iki vəsiyyət tərtib edib. Məzmunu indiyədək gizli saxlanılan sənədlərin hüquqi prosedurlar tamamlandıqdan sonra sentyabr ayında açılacağı bildirilib.
Kadir İnanırın üç ayrı vəsiyyəti sentyabrın 17-də, cümə axşamı günü Beykoz Ədliyyəsində açılacaq. Sənədlərin elan edilməsindən sonra məşhur aktyorun əmlakını kimlərə və hansı şəkildə vəsiyyət etdiyi rəsmiləşəcək.
Mənsumə






