Gecə tez-tez oyananların nəzərinə!

Uzun sürən yuxu problemlərinin idrak zəifləməsi və Altsheymer xəstəliyi riski ilə sıx bağlı ola biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə gecə tez-tez oyanma, bərkdən xoruldama və səhər dincəlmədən qalxma kimi hallar qarşısında ehtiyatlı olmağı tövsiyə edirlər. Lakin vurğulanır ki, hər yuxu pozuntusu birbaşa Altsheymer xəstəliyi demək deyil.
Sfera.az xəbər verir ki, keyfiyyətli yuxu yalnız günün yorğunluğunu çıxarmaq üçün deyil, beyin sağlamlığını qorumaq baxımından da həyati əhəmiyyət kəsb edir. Yuxu zamanı beyin aktiv şəkildə işləyərək yaddaşı təzələyir, öyrənilənləri möhkəmləndirir və gün ərzində yığılan zərərli metabolik tullantıları təmizləyir. Xüsusilə Altsheymer xəstəliyində əsas rol oynayan beta-amiloid və tau zülallarının beyindən təmizlənməsi məhz dərin yuxu mərhələsində baş verir.
Mütəxəssislər yuxu ilə Altsheymer arasındakı əlaqənin ikitərəfli olduğunu bildirirlər. Yəni xroniki yuxu pozuntuları beyində zərərli zülalların toplanmasına zəmin yaradaraq idrak zəifləməsi riskini artırır. Digər tərəfdən isə Altsheymer xəstəliyinin ilk mərhələlərində beyində baş verən dəyişikliklər insanın yuxu-oyanıqlıq rejimini pozur. Bu səbəbdən yaşlı şəxslərdə yaranan yuxu problemlərinə yalnız qocalmanın təbii bir halı kimi baxılmamalıdır.
Gecə boyunca uykunun tez-tez bölünməsi insanın 8 saat yataqda qalmasına baxmayaraq keyfiyyətli istirahət etməsinə mane olur. Bərkdən xoruldama, yuxuda nəfəsin kəsilməsi və gündüz aşırı yuxululuq kimi simptomlar yuxu apnesindən xəbər verə bilər və bu zaman mütəxəssis müayinəsi vacibdir. Əgər yuxu problemləri ilə yanaşı yaxın keçmişdə olanları unutmaq, eyni sualları təkrar-təkrar vermək və gündəlik işləri görməkdə çətinlik çəkmək kimi hallar varsa, həkimə müraciət etməyi təxirə salmaq olmaz. Beyin sağlığını qorumaq üçün yuxu ilə yanaşı idman etmək, balansa uyğun qidalanmaq və damar sağlamlığına diqqət yetirmək də böyük əhəmiyyət daşıyır.
Mənsumə






