“iPhone 18 Pro” və “Pro Max” ilk dəfə nümayiş olundu

“iPhone 18 Pro” və “Pro Max” ilk dəfə nümayiş olundu
Kateqoriya məlum deyil
T

“Apple” şirkətinin bu axşam keçiriləcək möhtəşəm təqdimat tədbiri öncəsində "iPhone 18 Pro" seriyasına aid demo görüntüləri internetə sızıb. Şirkətin ilk qatlanan telefonu ilə yanaşı təqdim ediləcəyi gözlənilən "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri yeni "Tünd Albalı" və "Mavi" rəngləri ilə diqqətçəkir.

Sfera.az xəbər verir ki, "iPhone 18 Pro" seriyası üç ana rəng seçimi ilə satışa çıxarılacaq: Tünd Albalı, Qara və Səma Mavisi. Bordo çalarında olan "Tünd Albalı" rənginin seriyanın bu ilki en çox tələb görən və diqqətçəkən modeli olacağı gözlənilir. Dizayn baxımından "iPhone 17 Pro" seriyası ilə müqayisədə böyük vizual dəyişikliklər nəzərdə tutulmur və yeniliklərin əsasən yeni rəng palitrası ilə məhdudlaşacağı bildirilir.

Dizayndakı bənzərliyə baxmayaraq, cihazların daxili parametrində mühüm yenilənmələr gözlənilir. Modellər dəyişən diafraqma göstəricisinə malik yeni əsas arxa kamera sistemi, yeni nəsil "A20 Pro" çipi, yenilənmiş modem və daha böyük tutumlu batareya ilə təchiz olunacaq. "iPhone 18" modelləri haqqında bütün rəsmi təfərrüatlar təqdimat tədbirindən dərhal sonra diqqətinizə çatdırılacaq.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR