“İnstagram”da yeni trend

“İnstagram”da yeni trend
Kateqoriya məlum deyil
T

Son günlər “Instagram” sosial şəbəkəsində 1980-ci illərin üslubunda hazırlanan fotolar böyük maraq doğurub. Müasir şəkilləri süni intellekt vasitəsilə 80-ci illərin studiya portretinə çevirən bu yeni trendə qoşulmaq isə cəmi bir neçə dəqiqə vaxt aparır.

Sfera.az xəbər verir ki, nostalji görünüşlü foto əldə etmək üçün "ChatGPT" tətbiqinə daxil olaraq şəxsi portret fotosunu yükləmək və xüsusi təlimat yazmaq kifayətdir.

Ekspertlər bildirirlər ki, təkcə "Məni 80-ci illərə apar" yazmaq əvəzinə, detalli əmr (prompt) vermək daha keyfiyyətli nəticə təmin edir.

İstifadə edə biləcəyiniz dəqiq əmr: “Bu fotodakı şəxsi 1980-ci illərdə çəkilmiş real bir studiya portreti kimi yenidən yarat. Üz cizgilərini və şəxsin kimliyini qoru. 1980-ci illərə məxsus saç düzümü və geyimlər əlavə et. Arxa fonda dövrə uyğun sadə bir foto studiyası istifadə et. Analoq film fakturası, hafif qren (dənlənmə), isti rənglər və dövrün fotoaparatlarına xas yumşaq təsvir xarakteri əlavə et. Nəticə real bir 1980-ci illər fotosu kimi görünsün."

Format və düzəlişlər necə edilməlidir?

- Üz cizgiləri dəyişərsə: Süni intellektə "Üzümü orijinal fotoya daha çox bənzət" yazaraq düzəliş etdirə bilərsiniz.

- Ölçü seçimi: Şəkli “Instagram” paylaşımı üçün 4:5 şaquli formatında, "Story" üçün isə 9:16 formatında hazırlamaq lazımdır. Bunun üçün sistemə "Şəkli “Instagram” postu üçün 4:5 şaquli formatında hazırla" əmrini vermək kifayətdir.

Trendə qoşulmaqla siz də öz profilinizdə retro ruhunu əks etdirən maraqlı paylaşımlar edə bilərsiniz.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR