Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər

Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər
Kateqoriya məlum deyil
T

Kifayət qədər yatmağınıza və dincəlməyinizə baxmayaraq özünüzü daim halsız hiss edirsinizsə, səbəb yalnız sıx iş rejimi olmaya bilər. Mütəxəssislər bildirirlər ki, həftələrlə davam edən yorğunluq orqanizmin vacib xəbərdarlığıdır.

Sfera.az keçməyən halsızlığın əsas səbəblərini təqdim edir.

Ən çox rast gəlinən səbəblərdən biri dəmir çatışmazlığıdır. Qanazlığı yaranmasa belə dəmir azlığı enerjini düşürür, diqqətsizlik və saç tökülməsinə yol açır. B12, fol turşusu və D vitamini əskikliyi də yorğunluğun başda gələn səbəblərindəndir. B12 və fol turşusu çatışmazlığı halsızlıq və unutqanlıq yaradır, D vitamini azlığı isə əzələ zəifliyinə və enerji kaybına səbəb olur.

Digər bir faktor qalxanvarı vəzi (tiroid) problemləridir. Hipotiroidizm maddələr mübadiləsini zəiflədir, üşümə, çəki artımı və daimi yuxululuqla özünü göstərir. Əgər gece uzun müddət yatmağınıza baxmayaraq yorğun oyanırsınızsa səbəb yuxu apnesi ola bilər. Gecə nəfəsin müvəqqəti dayanması və xoruldama yuxu keyfiyyətini pozaraq baş ağrısı və halsızlığa gətirib çıxarır.

Diabet və nəzarətsiz qan şəkəri də daimi bitkinlik yaradır. Çox su içmək, tez-tez sidiyə çıxmaq və ağız quruluğu bu halın əsas əlamətlərindəndir. Bununla yanaşı, qeyri-düzgün qidalanma, işlənmiş qidalar, çox şəkər qəbulu və az su içmək gün ərzində enerjini sürətlə azaldır.

Yorğunluq təkcə fiziki deyil, psixoloji də ola bilər. Stres, emosional tükenmişlik və depressiya fiziki halsızlığın əsas tətikləyicilərindəndir. Oynaqlardakı revmatik xəstəliklər də səhərlər oynaqda sərtlik, şişkinlik və ağrı ilə birgə yorğunluq yaradır.

Xüsusilə təzyiq və diabet xəstələrində böyrək funksiyalarının zəifləməsi özünü gizli halsızlıqla büruzə verir. Son olaraq, təkbaşına yorğunluq xərçəng demək olmasa da halsızlıqla yanaşı səbəbsiz çəki itkisi, gecə tərləməsi və qızdırma varsa, mütləq həkimə müraciət edilməlidir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR