Şimali Koreya ballistik raket buraxdı
Kateqoriya məlum deyil
0:00 0:00
Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın ballistik raket buraxdığını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nazirliyin məlumatına görə, raket artıq dənizə düşüb.
Qeyd edək ki, oktyabrın 15-də Şimali Koreyanın Raket Sənayesi Baş İdarəsi sualtı qayıqdan strateji qanadlı raketlərin sınaq buraxılışını həyata keçirib. Həmin sualtı qayıq sovet dövrünə aid “Romeo” sinifli sualtı qayıqlarla əlaqələndirilir.
Bundan əvvəl Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Conq Qyu ölkəsinin Rusiya ilə dostluq və əməkdaşlıq münasibətlərini hərtərəfli inkişaf etdirməyi planlaşdırdığını bildirib.
Fatimə
Sfera.az
Açar sözlər:






