PISA 2025-in nəticələri açıqlanıb

Kateqoriya məlum deyil
T
Bir qədər əvvəl PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının nəticələri açıqlanıb.
Sfera.az xəbər verir ki, bunu PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, açıqlanan nəticələrin Azərbaycanın təhsil sistemi üçün təsirləri və əhəmyyəti zamanla daha aydın görünəcək.
“Biz PISA nəticələrinin təsirini 10-15 il sonra daha aydın şəkildə hiss edəcəyik”, – Emin Əmrullayev bildirib.
Qeyd edək ki, PISA 2025-də Azərbaycandan 241 məktəb iştirak edir. Azərbaycan bütün iqtisadi rayonlar üzrə təmsil olunur. Ölkə üzrə 241 məktəbdən 7432 şagird iştirak edir.
Firuzə Əliyeva






