Süni intellektlə saxtakarlıq edənlər artır

Süni intellektlə saxtakarlıq edənlər artır
Kateqoriya məlum deyil
T

Dolandırıcılar və şantajçılar tərəfindən getdikcə daha çox istifadə olunan yaradıcı süni intellekt alətləri sayəsində real insanı təqlid edən saxta media məzmunlarının hazırlanması artıq çox sürətli, ucuz və asandır. Bu kontentlərin bəziləri zarafat məqsədilə paylaşılsa da “deepfake” texnologiyasının daha qaranlıq tərəfləri mövcuddur.

Sfera.az xəbər verir ki, ABŞ-də qəbul edilən “TAKE IT DOWN” qanunu ilə razılıq olmadan intim görüntülərin (NCII) yayılması cinayət hesab olunur və platformalar bu cür müraciətləri 48 saat ərzində silməlidir. Böyük Britaniyadakı oxşar qanunlar da bu kontentlərin yaradılmasını suç sayır və 48 saatlıq silinmə müddəti qoyur.

Avropa İttifaqının Süni İntellekt Qanunu (EU AI Act) isə tezliklə razılıq kənarı intim görüntülər yaradan sistemləri tam qadağan edəcək.

Uşaqlara aid saxta görüntülər demək olar ki, bütün ölkələrdə qanunsuzdur. İntim olmayan digər “deepfake”lər isə dələduzluq, şantaj, böhtan və ya şəxsiyyətin mənimsənilməsi məqsədilə istifadə edildikdə cinayət tərkibi yaradır.

Siz də “deepfake” qurbanı olmusunuzsa, ilk növbədə ekran görüntüsünü (screenshot) almaq, URL ünvanını, hesab adını, tarixi və mətni qeyd edərək sübutları toplamalısınız. Məzmunu paylaşan şəxslə kontakta girməmək lazımdır, çünki bu, görüntünün daha çox yayılmasına səbəb ola bilər. Fiziki təhlükə hiss etdikdə və ya böyük dələduzluqla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına xəbər verilməlidir.

Saxta kontenti şikayət etmək üçün isə sosial şəbəkələrin daxili mexanizmlərindən istifadə olunmalıdır. “Google”-da axtarış nəticələrindən saxta məzmunu gizlətmək üçün “Şəxsi məlumatların silinməsi” alətindən yararlana bilərsiniz. “Facebook”-da paylaşımın menyusundan “Bildir” düyməsini seçərək uyğun kateqoriyanı (şəxsiyyətin mənimsənilməsi, təqib) göstərmək və məzmunun süni intellektlə hazırlandığını qeyd etmək lazımdır. Instagram-da isə sağ yuxarı menyudan “Bildir” (Report) düyməsini sıxaraq müvafiq səbəbi seçmək kifayətdir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR