Məşhur futbolçunun sözləri Çini ayağa qaldırdı
Çində futbol azarkeşləri “Real Madrid”in hücumçusu Kilian Mbappenin təsviri olan köynəkləri yandırmağa, onun şəkillərinin yer aldığı plakat və reklam materiallarını korlamağa başlayıblar.
Sfera.az bildirir ki, bu barədə EFE Noticias məlumat yayıb.
Narazılığa fransalı futbolçunun Çin lideri Mao Tszedunu diktator adlandırması səbəb olub. 27 yaşlı Mbappe həmçinin üzünün Tszedunun portretinə yerləşdirildiyi fotomontajı sevimli internet zarafatı kimi təqdim edib.
Hadisədən sonra enerji içkiləri istehsalçısı Dongpeng və süd məhsulları şirkəti Mengniu futbolçu ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar. Çin Mərkəzi Televiziyası isə Mbappenin iştirak etdiyi “Real Madrid” oyunlarının yayımını müvəqqəti dayandırıb.
Yaranmış vəziyyətlə əlaqədar Mbappe, “Real Madrid” klubu və İspaniya La Liqasının rəhbərliyi Çin xalqından üzr istəyib.
“Sözlərimdən inciyən hər kəsdən üzr istəyirəm. Belə bir niyyətim olmayıb. Çin xalqına və onun tarixinə böyük hörmət bəsləyirəm və səmimi qəlbdən təəssüflənirəm”, – deyə Mbappe bildirib.
Fatimə
Sfera.az






