Cennifer Lopes fit bədən quruluşu ilə diqqətçəkdi

57 yaşını qeyd edən dünyaca məşhur müğənni Cennifer Lopes həm şəxsi həyatı, həm də fit bədəni ilə gündəmdəki yerini qoruyub saxlayır. Ulduzun idman zalına gedərkən seçdiyi geyim tərzi və estetik xarici görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, sıx iş rejiminə baxmayaraq, müğənni müntəzəm idman etməyi və sağlam bəslənməyi nəzarətdə saxlayır.
Santa-Monikada idman zalına yollanarkən obyektivlərə tuş gələn 57 yaşlı Lopesin formada olan xarici görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətindən qaçmayıb.
Fit bədən quruluşu ilə heyranlıq doğuran sənətçi idmandan dərhal sonra Nyu-Yorka uçub. O, ertəsi gün Manhettendə övladları və dostları ilə birgə günorta yeməyində bir araya gəlib.
Xatırladaq ki, Cennifer Lopes 2024-cü ildə aktyor Ben Afflek ilə olan nikahını rəsmən sonlandırıb.
Mənsumə








