Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
Kateqoriya məlum deyil
T

İstanbulda yaşayan tanınmış aktyor Serhat Mustafa Kılıç evində vəfat edib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaxınları cümə axşamından bəri aktyorla əlaqə saxlaya bilməyiblər.

Daha sonra onun mənzildə hərəkətsiz vəziyyətdə olduğu aşkarlanıb. Hadisə yerinə çağırılan polis və təcili tibbi yardım briqadası sənətçinin həyatını itirdiyini təsdiqləyib.

Qeyd edək ki, uzun müddətdir limfa xərçəngindən əziyyət çəkən aktyorun ölümü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR