"Bir-birini qarşı olan qüvvələri Azərbaycan düşmənçiliyi birləşdirdi” – Dilqəm Əhməd
"Bu mərhələdə Türkiyə sosial şəbəkələrində yazılan, bəlkə, minlərlə şərhi oxumuşam. Ona görə də özlüyümdə bəlli olan bir məsələdə bir daha yəqinliyim artdı. Gördük ki, Azərbaycanla münasibətlərə önəm verən qüvvələr MHP idarəçiliyi, Türk Ocaqları, Atatürk dəyərlərinə önəm verən millətçi-mühafizəkarlardır".
Sfera.az xəbər verir ki, bu fikirləri azərbaycanlı jurnalist, araşdırmaçı-tarixçi Dilqəm Əhməd bildirib.
O qeyd edib ki, Azərbaycanın əleyhinə olanların 99 faizi müxtəlif təriqətlər, camaatlar, yobazlar, qaragüruhlardır.
"Türkiyəni yaxşı bilənlər bilir ki, bu qüvvələrin özləri arasında da minbir qarşıdurma var. Bu qarşıdurmalar da əsasən pul və güc üstündədir", - deyən D.Əhməd vurğulayıb ki, bir-birini yeyən bu qüvvələri Azərbaycan düşmənçiliyi birləşdirdi:
"Halbuki bu qüvvələr dünənə qədər Azərbaycandakı müsəlmanlara da (xüsusən şiə kəsiminə) bidətçi deyirdilər.
Tarix göstərir ki, bu qüvvələr Türkiyənin özünə də böyük zərbələr vurub. İndi isə müsəlman dünyasında ilk dünyəvi respublika olan Azərbaycanı hədəf alıblar.
Bu təriqətlərin dəstəklədiyi media quruluşlarında nə qədər yalanlar yazıldı. Ona görə də bu qüvvələrə qarşı ideoloji hazırlıq mütləqdir.
İnşallah, problemlər aradan qalxar. Amma bundan asılı olmayaraq baş verənlərdən dərs çıxarmalıyıq".
İradə






