Logo

“Recep İvedik 8”in ilk treyleri yayımlandı – Film nə vaxt çıxacaq?

“Recep İvedik 8”in ilk treyleri yayımlandı – Film nə vaxt çıxacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin məşhur komediya seriyası “Recep İvedik”in səkkizinci filminin ilk treyleri yayımlanıb.

Sfera.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, oktyabrın 22-də təqdim olunan tanıtımda yeni filmin iki hissədən ibarət olacağı açıqlanıb. İlk hissə “Recep İvedik 8 – Bölüm 1: Veresiye” adlanır.

Şahan Gökbakarın baş rolda çəkildiyi filmdə Recep bu dəfə dostu Nurullahın borca düşən qəhvəxanasını xilas etməyə çalışır. Bunun üçün o, Hulusi adlı şəxsin yerinə işə başlayır və mühafizəçi kimi çalışarkən müxtəlif komik hadisələrlə qarşılaşır.

Filmin rejissoru Togan Gökbakardır. Ekran əsəri kinoteatrlarda deyil, birbaşa Disney+ platformasında yayımlanacaq.

Qeyd edək ki filmin dəqiq yayımlanma günü açıqlanmayıb. Platforma yalnız ekran əsərinin yaxın zamanda təqdim olunacağını bildirib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR