“Şazam” serialının ulduzu vəfat etdi
“Şazam” serialında baş qəhrəman Billi Betson obrazı ilə tanınan amerikalı aktyor Maykl Qrey 75 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, aktyor təbii səbəblərdən dünyasını dəyişib.
Maykl Qrey 1970-ci illərdə yayımlanan “Şazam” serialında canlandırdığı Billi Betson obrazı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Serialda o, sehrli söz söylədikdən sonra superqəhrəmana çevrilən yeniyetməni canlandırıb.
Aktyor karyerası ərzində bir sıra tanınmış televiziya layihələrində də rol alıb. Onun çəkildiyi ekran işləri arasında “Breydi ailəsi”, “Balaca insanlar”, “Uçan rahibə”, “Sülalə” və “Doktor Markus Uelbi” serialları da var.
Maykl Qrey xüsusilə televiziya tamaşaçılarının yaddaşında 1970-ci illərin məşhur superqəhrəman obrazlarından birini canlandıran aktyor kimi qalıb.
Altay
Sfera.az






