Müasir müharibələrdə yeni dövr

Müasir müharibələrdə ucuz dronlarla milyonlarla dollar dəyərində hava hücumundan müdafiə raketləri arasındakı böyük qiymət fərqi yeni hərbi reallıq yaradıb. Fransa Baş Qərargah rəisi general Fabien Mandon ölkəsinin bu yeni müharibə formasına hələ tam hazır olmadığını etiraf edib.
Sfera.az xəbər verir ki, Mandon bildirib ki, Ukrayna və İran müharibələri dronların döyüşlərdə istifadəsində yeni mərhələ yaradıb. Onun sözlərinə görə, müdafiə sənayesi daha sürətli və aşağı maliyyətli sistemlər istehsal etməlidir.
Müasir döyüşlərdə on minlərlə dollar dəyərində olan dronlara qarşı milyonlarla dollarlıq raketlərin istifadəsi ciddi maliyyə problemi yaradır. Bu isə hərbi güclə yanaşı, ölkələrin iqtisadi dayanıqlığını da müharibənin əsas amillərindən birinə çevirir.
Mandon qeyd edib ki, Ukraynada hər gecə təxminən 800-1000 dron Rusiyaya doğru hərəkət edir. O, Rusiyanın da böyük həcmdə dron istehsal etdiyini vurğulayıb.
Fransalı general müdafiə sistemlərinin minlərlə drondan ibarət hücumlara qarşı daha ucuz və sürətli şəkildə hazırlanmasının vacibliyini bildirib. O, texnologiyanın artıq illər və aylar deyil, həftələr ərzində dəyişdiyini və müdafiə sənayesinin buna uyğunlaşmalı olduğunu deyib.
Xüsusilə İran istehsalı “Şahid” tipli dronların aşağı qiyməti onların böyük sayda istifadəsinə imkan verir. Buna qarşı milyonlarla dollarlıq raketlərin tətbiqi müharibələrdə yeni iqtisadi balansın formalaşmasına səbəb olur.
Mənsumə






