Yunanıstanda virus 6 nəfəri öldürdü: Yoluxma artır

Yunanıstanda virus 6 nəfəri öldürdü: Yoluxma artır
Kateqoriya məlum deyil
T

Yunanıstanda Qərbi Nil virusunun yayılması ilə bağlı yeni məlumatlar açıqlanıb. Son bir həftədə ölkədə 75 yeni yoluxma halı qeydə alınıb, virus səbəbilə 6 nəfər həyatını itirib.

Sfera.az xəbər verir ki, Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) Qərbi Nil virusu ilə bağlı son məlumatları açıqlayıb.

Məlumata görə, avqustun 19-dan 26-dək ölkə üzrə 75 yeni Qərbi Nil virusu hadisəsi müəyyən edilib.

İlin əvvəlindən etibarən virus səbəbilə ölənlərin sayı son bir həftədə 6 nəfər artaraq 19-a çatıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına əsasən, Yunanıstan İtaliyadan sonra Qərbi Nil virusuna ən çox yoluxmanın qeydə alındığı ölkədir.

Kathimerini qəzetinin yazdığına görə, virusun Yunanıstanda geniş yayılmasının əsas səbəbləri arasında ölkənin coğrafi mövqeyi, ağcaqanadların ilboyu yaşamasına imkan verən iqlim şəraiti və bəzi bələdiyyələrdə ağcaqanadlara qarşı mübarizə proqramlarının olmaması göstərilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR