8 saat yatıb yorğun oyanırsınızsa, səbəbi bu ola bilər

8 saat yatıb yorğun oyanırsınızsa, səbəbi bu ola bilər
Kateqoriya məlum deyil
T

Səhərlər kifayət qədər yatmağınıza baxmayaraq yorğun və halsız oyanırsınızsa, səbəb yalnız yuxu müddəti olmaya bilər. Yuxunun keyfiyyəti, vitamin çatışmazlığı, stress və bəzi sağlamlıq problemləri səhər yorğunluğuna səbəb ola bilər.

Sfera.az xəbər verir ki, uzun müddət yatmağınıza baxmayaraq dincəlməmiş hiss edirsinizsə gecə tez-tez oyanma, nizamsız yuxu saatları, xoruldama və yuxu apnesi kimi problemlər buna səbəb ola bilər. Yatmazdan əvvəl telefon və kompüterdən istifadə də yuxunun keyfiyyətini aşağı sala bilər.

Səhər yorğunluğunun digər səbəbləri arasında dəmir, B12 və D vitamini çatışmazlığı, qanazlığı, qalxanabənzər vəzin zəif işləməsi, qan şəkərindəki dəyişikliklər, stress, narahatlıq, düzgün qidalanmamaq və hərəkətsiz həyat tərzi yer alır. Bəzi infeksiyalar, xroniki xəstəliklər və dərmanların yan təsirləri də halsızlığa səbəb ola bilər.

Yorğunluq uzun müddət davam edirsə və gündəlik həyata təsir göstərirsə, xüsusilə nəfəs darlığı, ürəkdöyünmə, başgicəllənmə, səbəbsiz çəki dəyişikliyi, güclü xoruldama və gün ərzində yuxululuqla müşayiət olunursa həkimə müraciət etmək tövsiyə edilir.

Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün yuxu saatlarını nizamlamaq, balanslı qidalanmaq, kifayət qədər su içmək, müntəzəm hərəkət etmək, yatmazdan əvvəl kofein və ekran istifadəsini azaltmaq faydalı ola bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR