Logo

Qışda bu qidalar immuniteti artırır

Qışda bu qidalar immuniteti artırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Havaların soyuması ilə mövsümi virus infeksiyalarına yoluxma riski artır. Bu dövrdə düzgün və balanslı qidalanmaq, orqanizmin vitamin və mineral ehtiyacını qarşılamaq xüsusi əhəmiyyət daşıyır.

Sfera.az xəbər verir ki, qış aylarında bəzi qidaların rasiona daxil edilməsi immun sisteminin normal fəaliyyətini dəstəkləyə bilər.

Portağal, naringi, limon və kivi C vitamini ilə zəngin olduğu üçün immun sisteminin fəaliyyətində mühüm rol oynayır.

Yumurta, balıq və süd məhsulları orqanizmin zülal və müxtəlif vitaminlərə olan ehtiyacının qarşılanmasına kömək edir.

Qoz, fındıq və badam faydalı yağlar, E vitamini və minerallarla zəngindir. Mərcimək, lobya və noxud isə zülal və lif mənbəyi hesab olunur.

Qış aylarında su istehlakına da xüsusi diqqət yetirilməlidir. Soyuq havalarda susuzluq hissinin azalmasına baxmayaraq, orqanizmin mayeyə olan ehtiyacı davam edir.

Həmçinin həddindən artıq şəkərli, duzlu və yüksək dərəcədə emal edilmiş qidaların istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

Qeyd edək ki, heç bir qida təkbaşına virus infeksiyalarından qorunmanı təmin etmir. Balanslı qidalanma ilə yanaşı, keyfiyyətli yuxu, fiziki aktivlik və gigiyena qaydalarına riayət etmək də sağlamlığın qorunmasında mühüm rol oynayır.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR