ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan göndərdi

ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan göndərdi
Kateqoriya məlum deyil
T

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “USS George Washington” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə yerləşdirildiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, “USS George Washington” təyyarədaşıyan zərbə qrupu dünən komandanlığın əməliyyat bölgəsinə daxil olub və planlaşdırılmış missiya çərçivəsində Yaxın Şərqdə fəaliyyət göstərməyə başlayıb. Bu addım Yaxın Şərqdə xidmət göstərən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində yaranan problemlərlə bağlı xəbərlərin gündəmə gəlməsindən sonra atılıb.

ABŞ tərəfi “USS Abraham Lincoln” gəmisinin hazırkı vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verməyib. ABŞ mediasında ötən həftə yayılan xəbərlərdə “USS George Washington” gəmisinin İrana yaxın ərazidə yerləşən “USS Abraham Lincolnun” yerinə göndəriləcəyi iddia edilib. Məlumata görə, “USS Abraham Lincoln” gəmisində xidmət edən hərbçilər əsas ehtiyac vasitələrinin çatışmazlığı və gəmidə psixoloji vəziyyətin getdikcə pisləşməsi ilə bağlı şikayətlər səsləndiriblər.

Beləliklə, USS George Washingtonun Yaxın Şərqə göndərilməsi ABŞ-nin bölgədəki hərbi mövcudluğunun davam etdirilməsi və mümkün təhlükələrə qarşı hazırlığın gücləndirilməsi baxımından diqqət çəkən addım kimi qiymətləndirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR