Tətil sonrası yorğunluğun əsas səbəbi nədir?

Tətil sonrası yorğunluğun əsas səbəbi nədir?
Kateqoriya məlum deyil
T

Tətil sonrası özünü dincəlmiş deyil, əksinə yorğun, həvəssiz və motivasiyasız hiss edənlərin sayı az deyil. “Tətil tükənmişliyi” adlandırılan bu hal rəsmi xəstəlik sayılmır və əsasən fiziki və zehni yorğunluğu ifadə edir.

Sfera.az xəbər verir ki, tətil zamanı yuxu və qidalanma rejiminin dəyişməsi, gec yatmaq, uzun səfərlər və gün ərzində çoxsaylı fəaliyyətlərlə məşğul olmaq orqanizmi yorur. Müxtəlif saat qurşaqlarına səyahət isə yuxu rejiminin müvəqqəti pozulmasına səbəb ola bilər.

Bundan əlavə, işə və gündəlik məsuliyyətlərə qayıtmaq düşüncəsi də stress və motivasiyasızlıq yarada bilər. Toplanan işlər və əvvəlki intensiv tempə qayıtmaq insanın özünü daha yorğun hiss etməsinə səbəb olur.

Mütəxəssislər tətil sonrası gündəlik həyata tədricən qayıtmağı, yuxu rejimini qaydaya salmağı, kifayət qədər su içməyi, düzgün qidalanmağı və yüngül fiziki fəaliyyətə üstünlük verməyi tövsiyə edirlər.

Yorğunluq və halsızlıq uzun müddət davam edərsə və gündəlik həyata ciddi təsir göstərərsə, bunun yalnız tətil sonrası yorğunluq olmadığı nəzərə alınmalı və həkimə müraciət edilməlidir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR