Döyməsi olanlar diqqət: dərinizdəki bu dəyişikliklərə fikir verin

Döyməsi olanlar diqqət: dərinizdəki bu dəyişikliklərə fikir verin
Kateqoriya məlum deyil
T

İsveçdə aparılan genişmiqyaslı araşdırmada döyməsi olan insanlarda dəri melanoması ilə əlaqəli riskin döyməsi olmayanlarla müqayisədə 29 faiz daha yüksək olduğu müəyyənləşib.

Sfera.az xəbər verir ki, araşdırmada 20-60 yaş arası şəxslər müqayisə edilib. Nəticələr döyməsi olanlarda melanoma ilə əlaqəli riskin 1,29 dəfə yüksək olduğunu göstərib. Lakin mütəxəssislər bunun döymənin birbaşa xərçəngə səbəb olduğunu sübut etmədiyini vurğulayırlar.

Dermatoloqların sözlərinə görə, döymə zamanı dəriyə yeridilən piqmentlərin bir hissəsi zamanla limfa sisteminə keçə bilər. Bununla belə piqmentlərin melanoma yaratdığı hələ elmi şəkildə təsdiqlənməyib.

Mütəxəssislər döyməli nahiyələrin də günəşdən qorunmasını, günəşdən qoruyucu vasitələrdən istifadə edilməsini və solariumdan uzaq durulmasını tövsiyə edirlər.

Döyməli dəridə yeni yaranan, böyüyən, rəngi və forması dəyişən, qanayan və ya sağalmayan ləkələrə diqqət yetirmək vacibdir. Belə dəyişikliklər zamanı dermatoloqa müraciət etmək tövsiyə olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR