Fransa evtanaziya qanununu rəsmiləşdirdi

Fransa evtanaziya qanununu rəsmiləşdirdi
Kateqoriya məlum deyil
T

Fransada yardımlı ölüm hüququnu nəzərdə tutan qanun Prezident Emmanuel Makron tərəfindən imzalanaraq rəsmiləşdirilib və “Rəsmi Qəzet”də dərc olunub.

Sfera.az xəbər verir ki, parlament qanun layihəsini iyulun ortalarında qəbul edib.

Yeni hüququn tətbiqinə başlanılması üçün hökumət əvvəlcə qanunun icrasını tənzimləyən fərmanları dərc etməlidir. Yalnız bundan sonra yardımlı ölüm hüququ faktiki olaraq qüvvəyə minəcək.

Konstitusiya Şurası yeni hüququn yaradılmasını bir sıra ciddi şərtlərlə təsdiqləyib. Buna əsasən, müraciət edən şəxs yetkinlik yaşına çatmalı, Fransa vətəndaşı olmalı və ya ölkədə sabit və qanuni əsaslarla yaşamalıdır.

Bundan əlavə, şəxs ölümcül və ya “irəliləmiş” mərhələdə olan ciddi və sağalmaz xəstəlikdən əziyyət çəkməli, dözülməz hesab edilən fiziki ağrılar yaşamalıdır. Həmçinin son ana qədər öz qərarını şüurlu şəkildə vermək qabiliyyətinə malik olmalıdır. Xəstə fiziki olaraq ölümcül maddəni özü qəbul edə bilmədikdə, tibb işçisi ona bu prosesdə kömək göstərə bilər.

Xəstənin qanunun müəyyən etdiyi şərtlərə cavab verib-vermədiyinə bir neçə səhiyyə mütəxəssisinin iştirakı ilə həkim qərar verəcək.

Prezident Emmanuel Makron qanunu “nümunəvi demokratik müzakirəni taclandıran” hüquq kimi qiymətləndirib.

Bununla belə, qanuna qarşı çıxanlar da var. Xristian dəyərlərindən ilhamlanan “Jérôme Lejeune Foundation” təşkilatı qanundan hiddətləndiyini açıqlayıb. Pasiyentlərdən və onların yaxınlarına yardım göstərən şəxslərdən ibarət “Les Éligibles et leurs aidants” birliyi isə qanunun ən həssas insanların həyatı üçün “mütləq təhlükə” yaratdığını bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR