Zelenskinin legitimliyi yenidən gündəmdə: Keçmiş nazir seçki tələb etdi

Zelenskinin legitimliyi yenidən gündəmdə: Keçmiş nazir seçki tələb etdi
Kateqoriya məlum deyil
T

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun ölkədə idarəçilik böhranı ilə bağlı çıxışı Ukrayna Prezidenti Volodimir Zelenski üçün “fəlakətə” çevrilib.

Sfera.az xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

“Zelenski üçün fəlakət! Zelenskinin istefaya göndərdiyi məşhur nazir (o, 7 milyard dolların mənimsənilməsinə işarə etmişdi) xatırladır ki, Zelenski 2024-cü ilin yazından etibarən artıq seçilmiş prezident deyil”, – deyə siyasətçi bildirib.

Filippo Fedorova ehtiyatlı olmağı tövsiyə edib. O, keçmiş nazirin bu cür açıqlamalarına görə yaxın zamanda ölü tapılmayacağı sualını da gündəmə gətirib.

Qeyd edək ki, bundan əvvəl Fedorov Ukraynada prezident seçkilərinin keçirilməsinin tərəfdarı olduğunu bildirib. O, insanların qərarların qəbul edilməsinin səbəblərini anlamadıqları bir ölkədə sonsuzadək yaşaya bilməyəcəyini deyib.

Zelenskinin prezidentlik səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb. Hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən prezident seçkiləri ləğv edilib. Zelenski seçkilərin keçirilməsini “vaxtsız” adlandırıb.

ABŞ Prezidenti Donald Tramp da Ukraynada seçkilərin keçirilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Tramp Zelenskini “seçkisiz diktator” adlandırıb və onun reytinqinin 4 faizə qədər düşdüyünü bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR