Hindistanda 600 şagird “cin basması” qorxusundan yataqxanadan qaçdı

Hindistanda 600 şagird “cin basması” qorxusundan yataqxanadan qaçdı
Kateqoriya məlum deyil
T

Hindistanda təxminən 600 şagird cinlərin onları ələ keçirdiyi barədə yayılan şayiələrə görə panika içində yataqxananı tərk edib.

Sfera.az bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 22-də Maharaştra ştatının Doma kəndində yerləşən qəbilə uşaqları üçün dövlət internat məktəbində baş verib. Məktəbdə 810 oğlan və qız şagird yaşayır.

Bir neçə qız şagird qəfil və nəzarətsiz şəkildə ağlamağa və gülməyə başlayıb. Bu isə məktəbdə panikaya səbəb olub və nəticədə yüzlərlə şagird yataqxanadan qaçıb.

Qəbilə işləri üzrə departamentin nümayəndələri bildiriblər ki, altı qıza dissosiativ-konversiya pozuntusu diaqnozu qoyulub. Bu, psixoloji stressin heç bir üzvi səbəb olmadan titrəmə, iflic və qıcolma kimi real fiziki əlamətlərə səbəb olduğu vəziyyətdir.

Amravati rayon xəstəxanasının mütəxəssisləri şagirdləri müayinə edib və hadisənin fövqəltəbii səbəblərlə bağlı olmadığını müəyyənləşdiriblər. Həkimlər uşaqlarda uzunmüddətli ağlama, qorxu, kədər və yaddaş itkisi kimi əlamətlərin müşahidə edildiyini bildiriblər. Səlahiyyətlilər vurğulayıblar ki, bu hallar “cin basması” ilə deyil, dərs yükü və psixoloji gərginliklə əlaqədardır. Onlar şagirdləri və valideynləri yayılan şayiələrə inanmamağa çağırıblar.

Həkimlər artıq uşaqların müalicəsinə başlayıb, valideynlərlə də məsləhətləşmələr aparılıb. Xurafatla mübarizə aparan ANIS təşkilatı da şagirdlərlə maarifləndirici işlər görüb.

Məktəb rəhbərliyi və yerli rəsmilər bütün şagirdlərin səkkiz gün ərzində yataqxanaya qaytarılmasını planlaşdırır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR