Trampın reytinqi rekord həddə düşdü: amerikalıların cəmi 33 faizi onu dəstəkləyir

ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında reytinqi 33 faizə düşüb ki, bu da onun ikinci prezidentlik müddətinin əvvəlindən bəri ən aşağı göstəricidir.
Sfera.az xəbər verir ki, “Reuters” və “Ipsos”un keçirdiyi sorğuya əsasən, respondentlərin 33 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyir, 64 faizi isə onun fəaliyyətini bəyənmir. Sorğuda iştirak edənlərin qalan hissəsi isə hələ qərar verməyib.
Respondentlərin 80 faizi ABŞ ilə İran arasındakı münaqişənin uzun müddət davam edəcəyini düşünür. Sorğu iştirakçılarının 16 faizi isə qarşıdurmanın bir neçə həftə ərzində başa çatacağını hesab edir.
“Reuters” və “Ipsos”un əvvəlki sorğularına görə, Trampın ikinci prezidentlik müddətində reytinqi heç vaxt 34 faizdən aşağı düşməyib. Bu göstərici 2026-cı ilin aprel və iyun aylarında qeydə alınıb.
Trampın reytinqi ikinci prezidentlik müddətinin əvvəlində – 2025-ci ilin yanvarında ən yüksək səviyyəyə çatıb. Həmin vaxt respondentlərin 47 faizi onun fəaliyyətini müsbət qiymətləndirib.
Qeyd edək ki, Trampın ilk prezidentlik müddətində də onun reytinqi 2017-ci ilin dekabrında 33 faizə qədər geriləyib.
İnci
Sfera.az






