Çin Yaponiyanı ittiham etdi

Çin Yaponiyanı ittiham etdi
Kateqoriya məlum deyil
T

Çin Yaponiya hakimiyyətini İkinci Dünya müharibəsi dövründə törədilən cinayətlərə görə peşmanlıq ifadə etməməkdə ittiham edib.

Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan “Sinxua” agentliyinə açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, Yaponiyanın Baş naziri Sanae Takaiçi İkinci Dünya müharibəsinin başa çatmasının ildönümünə həsr olunmuş mərasimdə çıxış edərkən ölkəsinin müharibə illərindəki təcavüzünə görə peşmanlıq və çıxarılan dərslər barədə danışmayıb.

“Baş nazir Takaiçi öz çıxışında ‘peşmanlıq’ və ‘çıxarılan dərslər’ sözlərindən yayınıb, Yaponiyanın hərbi cinayətləri barədə isə qeyri-müəyyən ifadələr işlədib. Bu, onun administrasiyasının Yaponiyanın təcavüz tarixinə haqq qazandırmaq niyyətini bir daha nümayiş etdirir”, – Lin Szyan deyib.

Çin XİN rəsmisi Yapon siyasətçilərini ölkələrinin keçmişdə törətdiyi əməllər barədə “dərindən düşünməyə” və dövlətin yenidən hərbiləşdirilməsi siyasətindən tamamilə imtina etməyə çağırıb.

Qeyd edək ki, Sanae Takaiçi avqustun 15-də Yaponiyanın İkinci Dünya müharibəsindən çıxmasının ildönümü münasibətilə etdiyi çıxışda müharibə dövründəki təcavüzə görə peşmanlıq ifadə etməyib. Bununla da o, əvvəlki Yaponiya hökumət başçılarının illərdir davam etdirdiyi ənənəni pozub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR