Uitkoff və Kuşner HƏMAS lideri ilə Qəzzada atəşkəsi müzakirə edib

Uitkoff və Kuşner HƏMAS lideri ilə Qəzzada atəşkəsi müzakirə edib
Kateqoriya məlum deyil
T

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner Qəzzada atəşkəs razılaşmasının irəlilədilməsi üçün danışıqlar aparıblar.

Sfera.az xəbər verir ki, danışıqlar avqustun 16-da Misirdə HƏMAS lideri Xəlil əl-Hayya ilə keçirilib və bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Görüşdə Misir, Qətər və Türkiyənin nümayəndələri də iştirak ediblər. Danışıqların iki saatdan çox davam etdiyi bildirilib.

Məlumata görə, görüşün əsas məqsədi HƏMAS-ın silahsızlandırılması və İsrail qoşunlarının müharibə nəticəsində dağıdılmış Qəzza zolağından çıxarılmasını nəzərdə tutan planın reallaşdırılması olub.

Danışıqlar zamanı HƏMAS-ın Vaşinqtonun təklif etdiyi yol xəritəsinə əməl etməyə hazır olub-olmadığı da müzakirə edilib.

HƏMAS nümayəndəsi isə təşkilatın danışıqları davam etdirməyə hazır olduğunu və razılaşmaların icra qrafikinin razılaşdırılması üçün 14 günlük müddətin başlanmasını gözlədiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 31-də Sülh Şurasının HƏMAS və Qəzza zolağındakı digər qruplaşmaların tam silahsızlaşdırılması ilə bağlı razılığa gəldiyini açıqlamışdı.

Trampın sözlərinə görə, silahsızlaşdırma başa çatdıqdan sonra İsrail də Qəzza ərazisindən qoşunlarını çıxaracaq. Ərazidə təhlükəsizliyin isə beynəlxalq sabitləşdirmə qüvvələri tərəfindən təmin olunması nəzərdə tutulur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR