Gökhan Özenden romantik paylaşım

Gökhan Özenden romantik paylaşım
Kateqoriya məlum deyil
T

Bir dövr mahnıları ilə musiqi dünyasına damğasını vuran məşhur müğənni Gökhan Özen uzun müddətdir birlikdə olduğu Naz Canbaz ilə nikah masasına oturub.

Sfera.az xəbər verir ki, uzun illərdir xaricdə yaşayan və şəxsi həyatını mediadan uzaq tutmağa üstünlük verən Gökhan Özen bu dəfə evliliyi ilə gündəmə gəlib. Sənətçi Naz Canbaz ilə sadə nikah mərasimi keçirib.

Özen nikahdan görüntüləri sosial media hesabında paylaşaraq həyat yoldaşına romantik sözlər ünvanlayıb.

“Bir qadına həqiqətən dəyər verməyin zərifliyi”

Müğənni paylaşımında bildirib ki, həyatda ən gözəl şeylərdən biri doğru insanı tapdıqda hər şeyin öz yerini tapmasıdır. O, sevgi, hörmət, sədaqət və qadına həqiqətən dəyər verməyin vacibliyini vurğulayıb.

Gökhan Özen qeyd edib ki, məqsəd iki insanın ömrünü birləşdirməsidirsə, bunu ən sadə və səmimi şəkildə etmək istəyiblər. O, dəbdəbə və nümayişdən uzaq durduqlarını, onlar üçün əsas olanın aralarındakı sevgi, bağlılıq və qarşılıqlı hörmət olduğunu bildirib.

Sənətçi paylaşımının sonunda evlilikləri ilə bağlı göndərilən təbrik mesajlarına görə hər kəsə əvvəlcədən təşəkkür edib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR