İran müharibəsi Türkiyə turizminə də təsir etdi

İran müharibəsi Türkiyə turizminə də təsir etdi
Kateqoriya məlum deyil
T

İran, İsrail və ABŞ arasında davam edən müharibənin təsirləri Türkiyənin turizm sektorunda da özünü göstərməyə başlayıb. İngiltərənin nüfuzlu “Financial Times” qəzeti bölgədəki müharibənin Türkiyə və Kiprdəki turizmə təsirini təhlil edib.

Sfera.az xəbər verir ki, qəzetin “İran müharibəsi və son dəqiqə rezervasiyaları Türkiyə və Kipr kurortlarına təsir etdi” başlıqlı məqaləsində müharibənin turistlər arasında narahatlıq yaratdığı və insanların tətil rezervasiyalarını son günlərə saxladığı qeyd olunub.

“Financial Times”-ın Lighthouse məlumatlarına əsasən, avqust-oktyabr aylarında Antalyada yerləşmə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz, Muğlada isə 8 faiz ucuzlaşıb. İstanbulda isə əksinə, qiymətlər 5 faiz artıb.

Müharibə səbəbindən turistlərin rezervasiyaları təxirə salması otellər, turizm şirkətləri və aviaşirkətlər üçün mövsümün ən sıx dövründə gəlirləri proqnozlaşdırmağı çətinləşdirib.

Britaniyanın “On the Beach” tur operatoru da Yaxın Şərqdəki müharibə səbəbindən bu yay Türkiyəyə tələbin azaldığını açıqlayıb. Turistlərin bir hissəsinin bunun əvəzinə İspaniya kimi istiqamətlərə üstünlük verdiyi bildirilib.

Türkiyə hökumətinin məlumatlarına görə, ilin ilk 6 ayında ölkəyə 25,8 milyon turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azdır.

Bununla belə, son dövrlərdə son dəqiqə rezervasiyalarında artım müşahidə olunub. Şərqi Aralıq dənizi bölgəsində bəzi turizm məkanlarının endirimlər təklif etməsi tələbin yenidən canlanmasına səbəb olub.

Türkiyədə turizm göstəricilərindəki geriləməyə baxmayaraq, İstanbul Hava Limanı yüksək sərnişin axını ilə diqqətçəkib. Məlumata görə, hava limanı iyul ayında 8,15 milyon sərnişinə xidmət göstərərək Avropanın ən çox sərnişin qəbul edən hava limanı olub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR