Ronaldonun anası toya dəvət olunmadı - Fotolar

Ronaldonun anası toya dəvət olunmadı - Fotolar
Kateqoriya məlum deyil
T

Kriştiano Ronaldo və Corcina Rodriges futbolçunun ailəsinin iştirakı olmadan evləniblər, mərasimdən isə cəmi 30 saniyə əvvəl onlara məlumat veriblər.

Sfera.az bildirir ki, cütlük Lissabon yaxınlığındakı 40 milyon dollarlıq yeni malikanələrində cəmi dörd şahidin və uşaqlarının iştirakı ilə evləniblər.

Kriştianonun anası Dolores Aveira və üç bacı-qardaşı - Hugo, Elma və Katia mərasimdə iştirak etməyiblər. Futbolçunun ailəsi onun sevgilisi ilə evlənəcəyini bir neçə dəqiqə əvvəl öyrənib.

Portuqaliyalı televiziya aparıcısı Kristina Ferreira bildirib ki, futbolçunun ailəsinin onun bu özəl günündə olmaması "problemlərə səbəb olacaq".

İllərdir gəlini ilə pis münasibətləri olduğu iddialarını inkar etməli olan Dolores cütlüyə xeyir-dua verib.

Toylarını elan etdikdən qısa müddət sonra Ronaldonun anası toy üzüklərinin yer aldığı paylaşımın altına ürək emojisi yerləşdirib. Braziliyada yaşayan, lakin həftəsonu ailəsi və dostları ilə görüşmək üçün doğma Madeyrasına səyahət edən Kristianonun bacısı Katia da eyni şeyi edib.

Georginanın bacısı İvana, Kriştianonun uzun müddətdir dostu olan Miguel Paixao və ispan cütlük Xose Rodriguez Sangil və həyat yoldaşı Monika Qonsales Martinez mərasimdə yeganə şahidlər olublar.

Nişanlarını sosial mediada elan etdikdən düz bir il sonra evlənən məşhur cütlük, on il davam edən romantik münasibətlərdən sonra evlənmələrinə baxmayaraq, nikahdan əvvəlki əmlaklarını da

ayrı saxlamaq qərarına gəliblər.

Bir il əvvəl Ronaldo Georginaya evlilik təklifi edib.

Georgina və Kriştiano, mərasimdən bir gün əvvəl, 10 avqustda Lissabondakı notariat kontorunda əmlak rejimlərini müəyyən edən nikahdan əvvəlki müqavilə imzalayıblar.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR